Bakı Qızlar Universitetində karantin qaydları pozuldu

Bakı Qızlar Universitetində karantin qaydları pozuldu "07 yanvar 2021 - ci ildə, ölkədə sərt karantin rejimi, dövlət qurumların vətəndaş qəbulunu həyata keçirmədiyi vaxtda Bakı Qızlar Universiteti bütün qaydaları pozaraq çox sayda tələbələri zorla universitetə dəvət edib”.

Bunu tanınmış təhsil eksperti Kamran Əsədov deyib.

“Orada semester imtahanı müzakirə olunub? Yox! Tələbələrin problemləri dinlənilib? Yox! Bəs akt zalında iclas niyə keçirilib? İclasda iştirak edən bütün qrup nümayəndələri elə rəhbərlikləri ilə birlikdə məsuliyyət daşıyır. Bu səsin davamı var, hələ o akt zalında olan məşhur iclasın da. Artıq təqdim olunur aidiyyəti dövlət orqanlarına. Bakı Qızlar Universiteti ilə heç bir problemim, anlaşılmazlığım yoxdur. Son bir həftə ərzində daxil olan tələbə şikayəti həddindən artıq çoxdur. Bu müddət ərzində bütün universitetlərdən 10 mindən çox şikayət daxil olub. Onları işıqlandırmağı borc bilirəm. Bu təkcə bir ali məktəbə aid deyil. Sadəcə, daha çox problemləri olduğunu düşünənlər əl-ayağa düşüblər. Bu da anlaşılandır. Hətta şəxsi təsir imkanlarını da istifadə etdilər. Qanun hamı üçün eynidir. Yaxşı olar ki, qeyri-etik və qeyri-qanuni addımlar atmaqdansa, təsir və təzyiqlər etməkdənsə, sadəcə, tələbələrin problemlərini dinləsinlər, indiki zamanın, çətinliklərin fonunda tələbələr üçün qanun çərçivəsində tələbələrin haqqı olan addımları atsınlar. Bu bütün ali təhsil müəssisələrinə aiddir. Və bir daha səslənirəm ki, təhsilin, ümumiyyətlə, ictimai həyatın paradiqmasının dəyişdiyi halda, idarəetmənin də paradiqması dəyişməlidir. Yeni vəziyyətdə köhnə qaydada təhsil müəssisəsini idarə etmək olmaz. Sosial çağırışlara cavab vermək zəruridir” – K.Əsədov qeyd edib.
Geri qayıt