"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT

"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT Şikayətim "Veysəloğlu"nun istehsal etdiyi şirniyyatlardandır". DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Ceyhun Piriyev şikayət edib.

Sosial şəbəkələrdə paylaşım edən narazı vətəndaş "Veysəloğlu" şirkətinin istehsalı olan şirniyyat məhsulunun fotolarını paylaşaraq aşağıdakıları yazır:
Gördüyünüz kimi, "Rafaello"ya bənzəyən bu şirniyyatmı deyim, qida məhsulumu deyim... bilmirəm. İçindən hərəkət halında olan qurd çıxıb. Birindən yox, bir neçəsindən çıxdı.

Halal zəhmətlə, min bir əziyyətlə pul qazanıb süfrəmizə qida alırıq... o da belə olur. Bu vəziyyətdə nə etmək olar? İstehlakçıların hüququ və antiinhisar xidməti işləyir?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT

Geri qayıt