Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı Baş nazir Əli Əsədov “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləği”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

Qərar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləğini müəyyən edir və əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərdə onlar üçün zəruri olan mənzil-məişət şəraitinin yaradılmasını nəzərdə tutur.

Dayaq-hərəkət funksiyası pozulmuş əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərə sərbəst giriş-çıxışını təmin etmək məqsədilə evlərin girişində pandusların quraşdırılması, öz-özünə xidmət etmək üçün sanitar qovşağinda tutacaq və dayaqların quraşdırılması, sanitar qovşağının qapısının xaricə açılan olmaqla bərabər bayırdan açılmasının da təmin edilməsi zəruri hesab olunur.

Fərdi evlər uyğunlaşdırılarkən əlilliyi olan şəxslərin, xüsusi ilə də gözdən əlillərin qapı açılarkən zədə almaq ehtimalı yüksək olduğu üçün otaqların və mətbəxin qapılarının xüsusi diyircəklər üzərində hərəkət edən qapılarla əvəz olunması vacib hesab edilir.

Fərdi evlərin uyğunlaşdırılması xərcləri otaq sayına uygun olaraq cari qiymətlər səviyyəsində hesablanıb.
Geri qayıt