8 nəfər barəsində cinayət işi başlanılıb - DİN

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 26-27-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb. 8 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.