190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı - Diqqət!

190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı - Diqqət! Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Bu barədə Trend-ə açıqlamasında Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-indən vətəndaşlara ödənilir: "Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək ".
Geri qayıt