Bu şirkət cərimələndi

Bu şirkət cərimələndi "Xaçın Çay” Təmir-Tikinti Kooperativi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

BakuPost-a istinadən xəbər veririk ki, Binəqədi Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

"Xaçın Çay” Təmir-Tikinti Kooperativi qərardan apelyasiya şikayəti verib.
Geri qayıt