Adil Vəliyevin umrunda deyil ki... - GİLEY

Adil Vəliyevin umrunda deyil ki... - GİLEY "İllərdir yaşadığım mənzil yağış yağan zaman su içində qalır”.

Bunu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xasməmmədov 28 küçəsi mənzil 20-də yaşayan Gülarə Şıxalıyeva Demokrat.az-a danışarkən deyib.

İcra nümayəndələrindən şikayət edən ev sahibi bildirib ki, illərdir onun yaşadığı binanın dam örtüyündən evinə su sızır:

"Məsələ ilə bağlı 2 dəfə Sabunçu Rayonu İcra Başçısı Adil Vəliyevin qəbulunda olmuşam. Ona da bildirmişəm ki, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilim illərdir yağış, qar yağan kimi su ilə dolur. Adil Vəliyev icra nüayəndələrinə hər dəfə yerində tədbir görülməsi üçün göstəriş versə də, ona məhəl qoyan yoxdur. Axrıncı dəfə icra başçısının qəbulunda deputat seçkiləri öncəsi olmuşam. Hələ də bir əncam çəkən yoxdur”.
Geri qayıt