Yaralı qazimizin müalicəsi niyə dayandırılıb?

Yaralı qazimizin müalicəsi niyə dayandırılıb? Əsli- AZƏRBAYCAN RESPUBLİKASININ ALİ BAŞ KOMANDANI və PREZİDENTİ Cənab İlham ƏLİYEVƏ,

Surəti- AZƏRBAYCAN RESPUBLİKASININ 1-ci VİTSE PREZİDENTİNƏ,

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab Ə,ƏSƏDOVA,

AZƏRBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU cənab K.ƏLİYEVƏ

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ cənab Z.Həsənova,

DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab ƏLİ NAĞIYEVƏ,

OMBUDSMAN APARATININ SƏDRİNƏ

AİLƏ, UŞAQ və QADIN PROBLEMLƏRİ DÖVLƏT KOMİTƏSİNƏ, AZAD MƏTBUAT ORQANLARINA.

Yevlax şəhəri, İnşaatçılar küçəsi, ev 7-də qeydiyyatda olan və Bakı ş., Nərimanov rayonu, Əliyar Əliyev küç.ev 19/3, mən.,42 –də yaşayan qazı əsgər anası Kərimova Aygün Rafiq qızı tərəfindən

“2 dəfə ağır yaralanmış oğlum Amilin azacıq sağalmamış MN-nin Mərkəzi Hospitalından qovulmasından”

Ş İ K A Y Ə T

Oğlum Məmmədov Amil Habil oğlu hərbi xidmətini yerinə yetirərkən sentyabrın 28-dən Fizuli istiqamətində döyüş zonasına göndərilmişdir. Oktyabrın 7-də növbəti döyüşlərdə 1-ci dəfə yaralanmışdır. 10 gündən sonra onu sağaldıb yenidən cəbhəyə göndərmişlər. Lakin noyabrın 3-də Şuşa istiqamətində gedən döyüşlər zamanı bütün bədənin çoxsaylı qəlpələrilə ağır yaralanmışdır. 10 gün Evlax Hospitalında yatıqdan sonra Bakıdakı MN-nin Mərkəzi Klinik Hospitalına gətirmişlər. Birinci əməliyyat zamanı bədənindəki qəlpələrin bir hissəsi çıxarılmışdır. Hazırda hər iki ayaqları gipsə qoyulduğundan yataq xəstəsidir. Hər iki ciyərlərində qalan digər qəlpələrin çıxarılması üçün həkimlər 2-ci əməliyyat qabağı ciddi rejimli müalicə yazmışlar. Lakin Hospitalın rəhbərliyi ağır yaralı oğlumu evdə müalicə olunması üçün çoxsaylı dərmanları resepdə yazıb onu sağalmadan zorla evə göndərmişlər. Hazırda Nərimanov rayonunda uçuq-salxaq, şəraiti olmayan evimizdə oğlumun müalicəsi üçün dərmanları almağa pulum olmsa da, insaflı qonşularımın yardımı ilə gündəlik yeməyi üçün pendir və çörək alıb yedirdirəm. Hələ çarpayıda oturmağa belə əziyyət çəkir. Özüm 1 aya yaxındır ki, işə də gedə bilmirəm ( xadimə işi) Mənim ailəmdə bir oğlumdan başqa kimsəm yoxdur. Mən onu uşaqlıqdan atasız min bir əziyyətlə böyütmüşəm. İndi Amil Mərkəzi Hospitaldan müalicəsi yarımçıq qovulduqdan sonra çıxılmaz vəziyyətə düşmüşəm. Evdə də satmağa dəyəri olan bir əşyamız yoxdur.

Cənab Ali Baş Komandan çox təəssüflər olsun ki, Sizə yaralı əsgərlərimiz barədə yalan məlumatlar verirlər. Baxmayaraq ki, Siz şəxsən göstəriş vermisiniz ki, dövlət bütün yaralı əsgərlərimiz üçün lazım olan hər cür köməkliyi edəcəkdir. Amma oğlumun timsalında biz bunun əksini görürük. Deputatlarımız, ziyalılarımız, məmurlarımız öz övladlarını müharibəyə göndərməyərək ağızdolu danışırlar. Bu gün mən yataq xəstəsi olan yaralı oğlumun qarşısında çox aciz durumdayam. Sizdən çox xahiş edirəm ki, 2 dəfə ağır yaralanmış oğlumun müalicəsi olunması və nisbətən sağalması, ayağa qaxa bilməsi üçün Səhiyyə nazirinə, TƏBİB rəhbərinə göstəriş verəsiniz. Ki, mən qazi anası olaraq sabah oğluma dərmanlar almaq üçün qapı-qapı düşüb dilənçilik etməyim. Bu Azərbaycan əsgərinin sarsılması, onun döyüş ruhunun birdəfəlik sındırılması demək olardı. Xahiş edirəm nəzərə alasınız.

İmza: Aigün Kərimova mob. 070- 751 52 02. ( Əlacsız günə düşmüş qazi anası)

Tarix: 07 dekabr 2020-ci il.
Geri qayıt