Oğuzda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

Oğuzda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə daha bir koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVİD-19 virusunun daşıyıcısı, rayonun Sincan kənd sakini Asif Xasıyev karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib və kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, dərhal yaşadığı ünvana geri qaytarılıb.

A. Xasıyev barəsində Oğuz RPŞ-nin İstintaq qrupundan cinayət işi başlanılıb.
Geri qayıt