Səhiyyə sistemimiz koronavirus qarşısında AĞ BAYRAQ QALDIRIB? - GİLEY

Səhiyyə sistemimiz koronavirus qarşısında AĞ BAYRAQ QALDIRIB? - GİLEY "Şikayətim bərbad səhiyyə sistemimizdəndir. Deməli, Covid-19 virusuna yoluxmuş xəstə ilə təmasda olduqdan sonra ailə üzvlərimdə simptonlar müşahidə edildi deyə test üçün müraciət etdik. 2-3 gün qırğın-davadan sonra bu həftənin 1-ci günü gəlib test üçün nümunə götürdülər və cavabların uzağı 3-cü günə kimi çıxacağını dedilər". DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş Gülnar Kazımlı "Facebook"da bildirib.

Daha sonra şikayətçi qeyd edir: "Artıq 5-ci gün olmasına baxmayaraq heç bir cavab yoxdur. Saatlarla telefon növbəsində gözlədikdən sonra bizə Təbib-dən məlumat verilir ki, nümunələr heç test üçün göndərilməyib, hələ xəstəxanadadır və test sayı çox olduğu üçün nə zaman göndərəcəkləri də bəlli deyil. Evdə 2 aylıq körpə, onkoloji xəstəmiz var və 1 həftədir keçirdiyimiz narahatlıq kifayət deyilmiş kimi bir də bu məsuliyyətsizlər əsəblərimizi məhv edirlər və ən acınacaqlısı da odur ki, şikayət də edə bilmirik hərkəs üstündən atır , başqasına yönəldir və o başqası da digərinin üstünə atır və ya heç zəngə cavab verilmir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Səhiyyə sistemimiz koronavirus qarşısında AĞ BAYRAQ QALDIRIB? - GİLEY
Geri qayıt