AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC

AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Veton Constraksen” MMC olub.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu "AC C12 korrozimetr" avadanlıqının satın alması üçün “Veton Constraksen” MMC -yə 35 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 35 min manatlıq tender müsabiqəsinin qalibi olan “Veton Constraksen” MMC cəmi 3 ay əvvəl – avqust ayının 24-də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, avqust ayında “Veton Constraksen” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi “Veton Constraksen” MMC -nin qanuni təmsilçisi ilə eyni şəxs olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan “Veton Constraksen” MMC -nin qanuni təmsilçisi Mustafayev Ədalət Mahmud oğlu eyni zamanda 2 şirkətin - “Veton az” MMC və “Veton Grup” MMC-nin rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də (“az Ltd”, “az Constraksen”, “az Grup”) bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC






Geri qayıt