Hərbi xidmətdə olan tələbələrə görə bu qaydalara dəyişiklik edildi

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbuk hesabında bildirib.
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”dakı dəyişikliyə əsasən, tələbələrə verilən akademik məzuniyyət hallarının əhatə dairəsi genişlənib. Belə ki, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə buraxılacaqlar”, - deyə o qeyd edib.
C. Valehov həmçinin bildirib ki, qərar noyabrın 24-dən qüvvəyə minib.