Onların təhsil haqqını dövlət ödəyəcək

Onların təhsil haqqını dövlət ödəyəcək Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklik edib.

İndiyədək qüvvədə olan qanuna əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi.
Dəyişikliyə görə, artıq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə bu hüququ özlərində saxlayacaqlar.
Geri qayıt