"Azəriqaz” məşhur iş adamını Azəriqaz” məşhur iş adamını məhkəməyə verdi - FOTOFAKT verdi - FOTOFAKT

"Azəriqaz” məşhur iş adamını Azəriqaz” məşhur iş adamını məhkəməyə verdi - FOTOFAKT verdi - FOTOFAKT "Azəriqaz” İstehsalat Birliyi “Palitra” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində baxılacaq məhkəmə işinə hakim Emin Əliyev sədrlik edəcək. İddia müqavilədən əmələ gələn öhdəliklər (təbii qaz haqqının ödənilməsi) üzrə qaldırılıb.
Məlumat üçün bildirək ki, hazırda dövlət büdcəsinə də 2 min 591 manat 60 qəpik vergi borcu olan “Palitra” MMC-nin qanuni təmsilçisi tanınmış iş adamı Əliyev Faiq Becan oğludur.
İş adamı Faiq Əliyev eyni zamanada paytaxtın aparıcı özəl xəstəxanalarından biri olan “Bona Dea İnternational” hospitalının bağlı olduğu "Bona Dea" MMC-nin qanuni təmsilçisidir. Faiq Əliyev həmçinin "Riva-İnşaat" MMC-yə də rəhbərlik edir.
Mətbuatda yer alan məlumatlarda bildirilir ki, "Riva-İnşaat" MMC "SOCAR Petroleum"un tədarük etdiyi neft məhsullarının çox az sayda topdan alıcısından biridir. "Palitra" MMC isə "Port Baku", "SOCAR Tower", "White City Head Office" və Bakı Olimpiya Stadionunun bəzək işlərində iştirak edib.
Onu da bildirək ki, bu ilin iyun ayında “Bona Dea İnternational” hospitalının adı 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gündəm olub. Yayılan məlumatlarda qeyd olunurdu ki, “Bona Dea İnternational” hospitalda müalicə aldığı zaman vəfat edən 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızının meyitini ailəsinə təhvil vermək üçün onlardan 8 min manat (müalicə xərci) tələb olunub.
"Azəriqaz” məşhur iş adamını Azəriqaz” məşhur iş adamını məhkəməyə verdi - FOTOFAKT verdi - FOTOFAKT
Geri qayıt