Azərbaycanda məşqçi koronavirusdan dünyasını dəyişibmiş

Azərbaycanda məşqçi koronavirusdan dünyasını dəyişibmiş Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə milli komandada koronavirusa kutləvi yoluxma baş verib.

​​​Unikal.org-un əldə etdiyi məlumata görə, güləş üzrə qadınlardan ibarət milli komandanın heyatində də kütləvi yoluxma baş verib.

Millidəki bəzi məşqçi və qadın idmançıların testləri müsbət çıxıb.

Əldə etdiyimiz digər məlumata görə, bir müddət öncə dünyasını dəyişən yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov koronavirusdan vəfat edib.

Qeyd edək ki, Unikal.org-un "Güləş üzrə milli komandada koronavirusa KÜTLƏVİ YOLUXMA" xəbərindən sonra federasiya rəsmi məlumat yayaraq yoluxmanın olmasını təsdiqləyib.
Geri qayıt