Oqtay Güləliyevin vəziyyəti ağırlaşıb, təcili klinikaya yerləşdirildi

Oqtay Güləliyevin vəziyyəti ağırlaşıb, təcili klinikaya yerləşdirildi Atanın durumu dünən ağırlaşdıqdan sonra “Yeni Klinika”ya qaldırılıb”.

Bunu hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev yazıb. Onun sözlərinə görə, həkimlərin Oqtay Gülalıyevin vəziyyətinin hazırda stabil olduğunu bildiriblər:

“Atamdan başqa, anam və qardaşım Təbrizin də COVID-19 test nəticəsi pozitiv çıxıb. Təbriz atanın yanında qalıb nəzarət edəcək. Dəstək və duaçı olan dostların hər birinə ayrı-ayrılıqda çox təşəkkür edirəm!”.

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Uzun müddətdir ki, komadadır.
Geri qayıt