"Sığorta şirkətləri Orduya etdikləri yardımı vətəndaşlardan kəsmək istəyir?” - Ekspertdən müraciət

"Sığorta şirkətləri Orduya etdikləri yardımı vətəndaşlardan kəsmək istəyir?” - Ekspertdən müraciət Mərkəzi Bankın reyestrindəki müstəqil sığorta eksperti Azərbaycandakı sığorta şirkətləri rəhbərlərinə müraciət edib.

Mubahise.az xəbər verir ki, hüquqşünas-ekspert İlkin İbrahimov müraciətində bildirib ki, son bir aydır ki, ölkəmiz Vətən müharibəsi ilə üz-üzədir: “Başda Ali Baş Komandan və bütün Azərbaycansevərlər rəşadətli ordumuzun qələbələrinə sevinirik. Onlara yardımlar edirik. Sığorta şirkətləri də bu yardım kompaniyalarına qoşulur. Çox təssüflər olsun ki, son vaxtlar cəbhəyə getmiş könüllülər baş vermiş sığorta hadisəsində ya zərərçəkən ya da zərərvuran qismində iştirak etsələr də, sığorta şirkətləri belə hallara xüsusi diqqətlə yanaşmır. Bir müstəqil ekspert olaraq hazırda onlarla şikayətçi müraciət edərək qeyd edirlər ki, sığorta şirkətləri ya etibarnamə ya da başqa digər sənədlər istəyərək onları çıxılmaz vəziyyətə salır.

O zaman sığorta şirkətlərinə sual olunur, Silahlı Qüvbələrə Yardım Fonduna göndərdiyiniz ianəni reklam üçün etmisiniz ya vətəndaşlardan qanunsuz kəsmələr və ya imtinalarla bunu kompensasiya etmək istəyirsiniz? Hesab edirəm ki, arxa cəbhədə də fəaliyyət qaydasında olmalıdır. Eyni zamanda, Mərkəzi Bank da bu işə qarışmalı və qanunala ona verilən nəzarət mexanizmi və vəzifəsini gücləndirməlidir”.
Geri qayıt