"Günay Sığorta” üzərində qara buludlar... - TƏFTİŞ OLUNUR

"Günay Sığorta” üzərində qara buludlar... - TƏFTİŞ OLUNUR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) məşhur şirkətlə bağlı araşdırmalara başlayıb.

Mubahise.az-ın əldə etdiyi məlumata görə, Bandotdel sığorta sahəsində tanınan “Günay Sığorta” şirkəti ilə bağlı yoxlamalara başlayıb.

Belə ki, tanınmış “Ferrini” paltar mağazası “Günay Sığorta” şirkətində məhsullarını sığortalatdırıb. Lakin avqust ayında həmin mağazanı su basdığı üçün mallar məhv olub və qanunvericiliyə uyğun olaraq həmin mağazaya külli miqdarda sığorta ödənişi verilməlidir. Lakin sığorta şirkətinin rəhbərliyi bu ödənişi etməməyə cəhd edərək bağlanan müqavilədə səhvlər axtarmağa başlayıb.

Bundan sonra şirkət tərəfindən edilən şikayət əsasında “Günay Sığorta”nın tələb olunan kapital və məcmu kapitalı ilə bağlı “Bandotdel”də yoxlamar başlayıb. Araşdırma davam edir.
Geri qayıt