Koronavirusdan ölənlərin sayı 619-a çatdı - Azərbaycanda

Koronavirusdan ölənlərin sayı 619-a çatdı - Azərbaycanda Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb. Ölkədə son sutka ərzində 8054, hazırkı dövrədək isə 1201924 test aparılıb.

Geri qayıt