"Cəliloğlu"MMC Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 azn ianə etdi

"Cəliloğlu"MMC Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 azn ianə etdi Sentyabrın 27-si səhər saatlarından başlayan və artıq 13 gündür ki, torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə şanlı ordumuza dəstək məqsədilə “Cəliloğlu” MMC sosial öhdəliyini yerinə yetirir. Şirkət Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait köçürüb.

Şirkətin Direktoru Şahəliyev Mehman bildirib ki, vətənimiz üçün önəmli olan bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu fəxrlə bildiririk. Böyük qələbələrin əldə edilməsi üçün hər bir töhfə zəruri və vacibdir. Məğrur ordumuzun qələbə qazanaraq irəlilədiyi bir zamanda cəmiyyət olaraq Vətən və ordu qarşısında öhdəmizə düşən məsuliyyəti layiqincə yerinə yetirməkdə həmrəylik nümayiş etdirməliyik.

“Cəliloğlu” MMC torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda qətiyyətli mübarizə aparan müzəffər ordumuzla qürur duyur və parlaq zəfərlərinə böyük ümid bəsləyir.

Xatırladaq ki, “Cəliloğlu” MMC dünyanı cənginə alan covid 19 epidemiyasının ölkəmizdə, tüğyan edən vaxtında, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etmişdir.
"Cəliloğlu"MMC Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 azn ianə etdi
Geri qayıt