Paytaxtda su çatışmazlığı – Su vedrələri “Azərsu”dan daha etibarlıdır-ŞİKAYƏT

Paytaxtda su çatışmazlığı – Su vedrələri “Azərsu”dan daha etibarlıdır-ŞİKAYƏT Bakıda hələ də içməli su problemi yaşanmaqdadır.

Cebhe.info xəbər verir ki, paytaxtın Nizami rayonunda yeləşən Elşən Süleymanov 55 ünvanında yaşayan sakinlər artıq 4 aydır ki, su çatışmazlığından əziyyət çəkirlər. Sakinlərin verdiyi məlumata gorə, may ayından sonra suyun verilişində müəyyən fasilələr yaranıb:

“Əvvəl gün ərzində suyun verilişində 1-2 saat fasilə olurdusa, sonra bu fasilə bir neçə saata qədər uzanıb. Hamının binanın damında su çəni varıydı. Heç kimdə su problemi yox idi. Sonra su çənlərini gəlib yığışdırdılar. Bizə bildirdilər ki, daimi su veriləcək, su çənlərinə ehtiyac qalmayacaq. Bir müddət su normal verilsə də, may ayında sonra bu problemi yaşayırıq. İndi gün ərzində bəzən bir neçə saat su verilir, suyun təzyiqi isə çox zəif. Gedib su qabları almışıq, suyu həmin qablara doldurub işlədirik. Su verilişi zamanı çox vaxt nə su qızıdırıcılarını, nə də paltaryuyanları işlətmək olur. Pandemiya hələ ki, bitməyib. Mütəmadi olaraq suya ehtiyaclarımız var. İşdən evə gələndə ya su çox az gəlir, ya da ümumiyyətlə olmur”.
Sakinlər bildirib ki, daimi su gəlmədiyindən vedrə və digər su qablarından istifadə etmək məcburiyyətində qalıblar: “Məcbur qalıb vedrələrdəki sudan istifadə edirik. Axı hansı dövrdəyik ki, vedrədən su töküb əllərimiz yuyuruq? Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik. Gah deyirlər ki, ümumiyyətlə ölkə üzrə su çatışmazlığı var. Əgər su çatışmazlığı varıydısa, niyə su çənlərini aparılırdı? Gah da deyirlər ki, son illərdə bu ərazidə bir neçə çoxmərtəbəli binalar tikilməkdədir və suya tələbat artıb. Qonşular var ki, su olmadığına görə, gedib qohumlarıgildə yuyunmaq məcburiyyətində qalırlar”.

Xatırladaq ki, iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videogörüntü formatlı müşavirədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova su problemlərinin həlli istiqamətində görülən tədbirlərin kifayət olmadığını, eləcə də ayrılan vəzaitlərin yəyinatı üzrə xərclənmədiyi də bildirilmişdi.

Bəs görəsən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yığılıb qalan və aylarla davam etməkdə olan su problemlərini nə vaxta həll etməyə başlayacaq? Qeyd edək ki, məsələni diqqətdə saxlayacayıq və su problemləri olan digər ünvanları araşdıracağıq.
Paytaxtda su çatışmazlığı – Su vedrələri “Azərsu”dan daha etibarlıdır-ŞİKAYƏT
Geri qayıt