Zakir Fərəcovun bunları görməsi gərəkir... - VİDEO

Zakir Fərəcovun bunları görməsi gərəkir... - VİDEO Abşeronun Saray qəsəbəsinin Yeni Saray məhəlləsində yaşayan sakinlərin problemləri bitmək bilmir.

Məhəllə sakinləri yol, su, kanalizasiya kimi problemlərlə bağlı aidiyyəti qurumlardan kömək istəyirlər.

Baku TV xəbər verir ki, sakinlərin daha bir problemi məktəbin olmaması ilə bağlıdır.

Bu məhəllədə uşaqlar məktəbə getmək üçün gündəlik 10-12 kilometr məsafə qət etməli olurlar.

Saray qəsəbəsi bələdiyyəsinin sədri Məhi Həsənov Baku TV-yə açıqlamasında bildirib ki, hazırda qəsəbədə üç məktəb fəaliyyət göstərir:

“Daha iki məktəbin tikintisinə isə yaxın zamanlarda başlanılacaq. Saray qəsəbəsində kanalizasiya sisteminin yenidən qurulması üçün də layihə işlənilir”.
Geri qayıt