Ev ala bilməyən məcburi köçkün ailəsi çadır qurmaq üçün yer istəyir – MÜRACİƏT

Ev ala bilməyən məcburi köçkün ailəsi çadır qurmaq üçün yer istəyir – MÜRACİƏT Fizuli rayonunun Aşağı Veysəlli kəndindən məcburi köçkün olmuş,hazırda Beyləqan rayonunda qeydiyyatda olan və Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə, 19-cu keçiddə kirayədə yaşayan Bəylərov Rasim Baratəli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə,Səhiyyə Nazirliyinə İqtisadiyyat Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə,Ombudsman Aparatının sədrinə,Qaçqıların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə, H.Əliyev Fondunun vitse-prezidenti xanım Lela Əliyevaya,Beyləqan rayon İcra Hakimiyyətinin başçısına və mətbuat orqanlarına şıkayət məktubu ünvanlanıb.Sözügedən məktubda Rasim Bəylərov 27 ildir ki, məcburi köçkün və xəstələr ailəsi kimi qeydiyyatda olduğu Qaçqıların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Beyləqan rayon şöbəsi tərəfindən onun dörd nəfərlik ailəsinin dövlət hesabına tikilmiş mənzillə təmin olunmadığından ölkə başçısına və digər aidiyyatlı qurumların rəhbərlərinə müraciət etmək məcburiyyətində qalıb.

Aktuaalinfo.org Rasim Bəylərovun müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırır.O.yazır:

Çox hörmətli Prezident cənab İlham Əliyev, 1-ci vitse-prezident xanım Mehriban Əliyeva və H.Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva! Sizin daima bizim kimi şəhid ailələri və məcburi köçkünlərin məişət problemlərini diqqətdə saxlamağınız, tez-tez görüşlər keçirməyiniz və yardımçı olmağınız bizləri ruhlandırır ki, tezliklə dədə-baba ocağımıza qayıdacağıq. Lakin onu da başa düşürük ki, hələlik gözləmək lazımdır ki, Ali Baş komandan olaraq Sizin əmriniz verilən kimi biz torpaqlarımızı tez bir zamanda düşməndən azad edək. 1993-cü ilin payızında ailəmin yaşadığı Fizuli rayonun Veysəlli kəndinə erməni hücumları nəticəsində hamılıqla kənddən çıxarılaraq Beyləqan rayonunda məskunlaşmıq.(O vaxtdan biz 4 nəfər ailə üzvlərimlə birlikdə.) 1993-cü ildən bir idarə binasının 1 otaqlı darısqal yerində uzun müddət yaşamışıq. Belə dözülməz şəraiti olan yerdə arvadım Sevdada nevroloji xəstəlik aşkarlandı. Sonradan 2-ci qrup əlil oldu. Bu günədək onun müalicəsini etdirirəm. Oğlum Bəylərov Baratəlini fəhləlikdən ordu sıralarına xidmətə yola saldım. Və qara günlərim bundan sonra başladı. 3 aydan sonra öyrəndim ki, oğlum ağır talasemiya xəstəsi imiş və onu bu xəstəliyinə görə tərxis etdilər. Mən ailəmdə olan hər iki üzvünü ciddi xəstəliklərinin müalicəsi üçün 2010-cu ildən Bakıya köçüb kirayədə yaşamağa məcbur oldum. Təkbaşına onları müalicə etdirirəm. Artıq 5 aydan çoxdur ki, vəziyyətin ağırlığından kirayə haqqını verə bilmirəm. Budur bu ayın axırınadək mənə vaxt verilib ki, kirayə haqqını ödəyim. Əgər ödəməsəm xəstə ailəmlə birlikdə küçələrdə qalcağam. Beyləqan qaçqınkomun sədri Əzimov Allahverdi ayrıseçkilik edərək mənim kimi kasıba ev vermir. 10 ildir ki, mən Beyləqan rayonundan iki xəstə ilə çıxmışam. Və bir neçə dəfə qəbulunda olmuşam. Açığı maddi gücüm çatmadığı üçün bu günədək evsiz qalmışam. Artıq bilmirəm nə edim. Bircə o qalıb ki, Bakı küçələrində 1 çadır qurmam üçün mənə bir yer ayrılsın. Belə yer ayrılmasa da gərək mən məcbur olub 2-ci ölkədən sığınacaq verilməsi üçün müraciət edəm. Ona görə də son ümid yeri kmi Cənab Prezident Sizdən çox xahiş edirəm ki, hazırkı iki ağır xəstə ailə üzvümlə qaldığım çarəsiz durumu nəzrə alaraq, qaçıqın evi almaq üçün verməyə pulum olmadığı üçün mənim problemimi şəxsi nəzarətə götürüb həll olunmasına göstəriş verəsiniz. Sağ olun.
Geri qayıt