Bakıda "Mc Donalds"dan sifariş verdi, qutudan görün nə çıxdı - VİDEO / FOTO

Bakıda "Mc Donalds"dan sifariş verdi, qutudan görün nə çıxdı - VİDEO / FOTO "Övladım qutunun dibində olan qara saç telini görən kimi iyrənib yediklərini qusdu".

Bu sözləri metbuat.az-a “Mc Donalds” restoranından şikayətçi Vüsalə İbrahimova bildirib.

"Axşam işdən çıxandan sonra “Mc Donalds”-ın Əcəmi filialından dəyəri 42-manat olan “fast-food” sifariş verib evə gəldim.

Bir neçə ədəd “Nouqets’’ yemişdik ki, qutunun dibində qara bir saç telinin olduğunu gördük.

Elə bu anda övladım iyrənərək ağzındakı qidanı yerə tüpürdü. Həmin axşam övladım və mən gördüyümüz bu mənzərədən özümüzü pis hiss edib hətta qaytardıq.

Səhəri gün şikayət üçün "Mc Donalds”-ın Əcəmi filialına müraciət etdim. Orada çalışanlar bildirdilər ki, əgər uşağım və mən zəhərlənməmişiksə demək narahat olmağa ehtiyac yoxdur.

Aldığım qidanın pulunu qaytarıb yenidən “Mc Donalds”-a qonaq olmağı təklif etdilər. Mən isə onlara bildirdim ki, övladım həmin hadisədən sonra yemək yeyə bilmir və qidadan iyrənmiş vəziyyətdədir".

İddiaçı Vüsalə İbrahimova bildirir ki, daimi müştərisi olduğu “Mc Donalds” restoranının yeməklərini sevsələr də son vaxtlar orada hazırlanan ət məmulatlarından qoxu gəldiyinin və dadının dəyişdiyinin fərqinə varıblar.

Şikayətçi Metbuat.az-a bildirdi ki, o övladının vəziyyəti ilə əlaqədar sağlamlıq xərclərinin “Mc Donalds” tərəfindən qarşılanmasını istəyir.

"Mənim şikayətim ilə maraqlanan "Mc Donalds” restoranında çalışan əməkdaş bir neçə gün vaxt istəsə də onlardan heç kim şikayətin təmin olunması üçün mənim ilə əlaqə saxlamadı.

Mən istəyirəm ki, onlar mənim övladımın bu vəziyyətə görə yaşadığı problemi həll etsinlər. Pandemiya dövründə belə antisanitar şəraitdə qidaya münasibət göstərilməsi bizim sağlamlığımıza zərbədir. Əgər qurum mənim şikayətimə baxmasa bu məsələ ilə əlaqədar AQTA-ya müraciət edəcəyəm".

Yaranmış vəziyyət ilə bağlı "Mc Donalds Azerbaijan"-a sorğu göndərib şirkətin baş ofisi ilə dəfələrlə telefonla əlaqə saxlasaq da də bu cəhdimizə cavab verən olmadı.

Qeyd edək ki, problemin həlli yolunda qarşı tərəfin - "Mc Donalds" restoranının fikirlərini dərc etməyə hazırıq.

Bakıda "Mc Donalds"dan sifariş verdi, qutudan görün nə çıxdı - VİDEO / FOTO

Geri qayıt