Xətaidə icra başçısının keçdiyi küçələrə diqqət var... - YERDƏ QALANLAR İSƏ...

Deməli MKİS-lərin fəaliyyətinin əsas hissəsi küçələrin təmizlənməsi olaraq qalır. Lakin bu qədər sadə bir proses üçün bir struktrun saxlanılması absurddur. Mütəxəssislər hesab edir ki, bu işlə yerli bələdiyyələrin məşğul olması daha məqsədəuyğun olardı. Çünki MKİS-lər hətta təmizliyi belə doğru – düzgün icra edə bilmirlər. Məhz Xətai rayon 27 saylı MKİS-də olduğu kimi. Dəyərli oxucuların nəzərinə çatdıraq ki, Zığ Yolu 22 ünvanda yerləşən bu təşkilata Məmmədov Natiq Savalan oğlu rəhbərlik edir.
Bu şəxsin əsas fəaliyyəti yalnız rayonun İcra Başçısının keçdiyi və baxa biləcəyi küçələrin təmizlənməsidir. Digər küçələr isə Natiq Məmmədov üçün sanki yoxdur. Məsələn Zığ Yolu kçəsində yerləşən 32№-li binanın arxasındakı antisanitariya.
Və həmin küçə ilə paralel olan eyni adlı digər sahələr. Sözsüz ki, həmin antisanitar vəziyyətlə bağlı foto və videoları oxucuların, eyni zamanda aidiyyatı dövlət qurumlarının diqqətinə çatdıracağıq. Çünki bu şəxsə edilən müraciətlər, şikayətlər sadəcə qulaqardına vurulur. Onu da qeyd edək ki, Natiq Məmmədovun bəzi əməlləri qanunla deyil, ayrı – ayrı şəxslərin istəklərinə uyğun yerinə yetirilir. Bu barədə də əlimizdə kifayət qədər faktımız var. Zaman – zaman onu da oxucuların, ən başlıcası isə bu şəxsə rəhbərlik edən struktur rəhbərinin diqqətinə foto və videolar vasitəsilə çatdıracağıq. Və mətbuat olaraq aidiyyatı orqanların nəzərinə çatdıraq ki, Natiq Məmmədova edilən şikayət və müraciətlərə əsasən bir cavab verir: “Deyiblər etmişəm, get kimə istəyirsən de.”
Xətai rayon icra Hakimiyyətnin başçısı Rafiq Quliyevin nəzərinə: Natiq Məmmədovla bağlı sizə müraciət edə bilərikmi?
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və yaşəxslərində cavab haqlarını tanıyır.dərc etməyə hazırdır. //Conflict.az//


