Qorxmaz Hüseynovun korrupsiya piramidası- Dövlətdən oğurlanan 100 milyon manatlar

Qorxmaz Hüseynovun korrupsiya piramidası- Dövlətdən oğurlanan 100 milyon manatlar Ölkədə ən çox yeyinti olan qurumlardan birinin “Azərsu” ASC-i olduğu hər kəsə bəllidir. Dəfələrlə bu idarədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanunun pozuntuları, külli miqdarda rüşvət, dövlətin ayırdığı pulların silinməsi faktları aşkar edilib. Heç kimə də sirr deyil ki, bu qurum “qohum-əqraba obyektinə” çevrilib. Bu haqda mediada xeyli araşdırmalar aparılıb, məlumatlar verilib.
Baş verənlərin təfərrüatına keçməzdən öncə bildirək ki, “Azərsu” Qorxmaz Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən 4 şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlidir.

Yusifəlinin boru və qum biznesi

Qeyd edək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni «qayda»lar tətbiq edib. Həmin «qaydalara» əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir.
Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 70 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır.
Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.
Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar.
Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.

Dövlət müəssisəsini talayan növbəti qohum

«Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı «Azərsu»da kimsəyə sirr olmayan məsələdir. Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri «Azərsu» prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir. Namiq Hüseynovun yeyinti ilə bərabər adının çəkildiyi ikinci məsələ qadınlara olan marağı və onlara xərclədiyi pullardır. Dəfələrlə qadın mövzusuna görə gündəmə gələn N.Hüseynovun, bu məsələni zəif nöqtəsi də adlandırmaq olar.
Aktalxeber.az-a xəbər verən mənbəmiz mənbəmiz “Azərsu” ASC-dəki böyük korrupsiya faktları və yeyintilər haqqında danışaraq bildirilib ki, əvvəllər “Azərsu” ASC-də korrupsiya Eldar Mahmudovun adamlarının nəzarəti altında olub. Mənbə bildirib ki, “Azərsu” ASC-nin xüsusi şöbəsinin rəisi korrupsiyaya birbaşa nəzarəti həyata keçirimiş və topladığı məlumatları da həbsxanada intihar edən polkovnik İlqar Əliyevə çatıdırırmış. Ehtiyac oduğu zaman isə, İlqar Əliyev nəzarətində olan saytlara bu məlumatları ötürüb və onların əli ilə “Azərsu” rəhbərlərini şantaj edərək külli miqdarda pullar alıblar. Və bu şantaj fəaliyyətləri hər ay “Azərsu” ASC-dən Eldar Mahmudava yollanılan vəsaitdən xaric olub.
Bu korrupsiya səbəbimdəndir ki, ölkədə işməli su ilə bağlı vəziyət bərbad durumdadır.

100 milyon hara getdi

Son olaraq bir faktı qeyd edək. 3 ildir ki, “Azərsu” Xırdalan şəhərində su və kanalizasiya xətlərini yeniləyirdi.
90 km-lik xəttə görə dövlət 100 milyondan çox pul ayırmışdı.
Təsəvvür edirsiniz, hər kilometrə bir milyondan çox.
Əslində hər kilometrə heç 200 min manat xərc qoyulmadı. Torpağı qazıb boruları düzdülər. Boruların üstünə qoruyucu heç nə çəkilmədi. Üstlərinə çınqıl və başqa materiallar əvəzinə daş karxanalarından kubik qırıntısı gətirib tökdülər. Kubik nəm çəkir deyə torpaq yatır. Asfaltlanma işləri yeni bitsə də artıq yollar çökür.
Həm də çəkilən xətlərə su verildikcə qəza-qəza dalınca baş verir.
Dövlət büdcəsinin belə dağıdılmasının hesabı nə vaxt sorulacaq.
aktualinfo.az
Geri qayıt