"“Baku Electronics"-dən imtina edək..." - ÇAĞIRIŞ

"“Baku Electronics"-dən imtina edək..." - ÇAĞIRIŞ "Xəzər Lənkəran” Futbol klubunun vitse-prezidenti, GM Baku Center, La Brosse kimi şirkətlərdə direktor vəzifəsində fəaliyət göstərmiş, hazırda Premium Service-də General Direktor vəzifəsini tutan və məhşur İtalyan Parfüm brendi "Lankaran Forest”-in Azərbaycandakı rəsmi distrubyutoru olan Rəvan Bəşirov şəxsi facebook hesabında paylaşdığı statusda Baku Electronics mağazalar şəbəkəsinin fəaliyyətindən gileylənib.

Sfera.az məşhur sahibkarın stutusunu olduğu kimi təqdim edir:

"Baku Electronics kimi ikinci bir həyasız mağaza varsa, da həmin şəbəkənin digər filialları olar. Bütün izləyicilərimdən, dostlarımdan və onların ətrafındda olan insanlardan xahiş edirəm, bu mağazadan imtina edin.

Saxta malları satmaqdan əlavə, servisləri də yoxdur, üstəlik fırıldaq işlərlə də məşğuldurlar.

Sizinlə məhkəmədə görüşərik. Hər şeyi keçərəm, amma o başıboş işçilərinizin anamı 2 dəfə aldatmağını heç vaxt sizə bağışlamaram.

Hər kəsdən bu durumu paylaşmağı rica edirəm.”
Geri qayıt