Daha 4 dövlət xidməti ləğv olundu – Siyahı

Daha 4 dövlət xidməti ləğv olundu – Siyahı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən 4 xidmət ləğv olunub

Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər veririk.

Ləğv edilən xidmətlər bunlardır:

Dövlət Metrologiya Xidməti

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti

Dövlət Akkreditasiya Xidməti

Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi ( AzPatent)

Qeyd edək ki, bu qurumlar Prezidentin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən ləğv olunub. Bağlanan xidmətlərin və mərkəzin debitor və kreditorları mayın 2-dək ləğvetmə komissiyalarına müraciət edə bilərlər.
Geri qayıt