"Oba" marketdə vaxtı keçmiş sayılan malları satırlar- Şikayət/Foto

"Oba" marketdə vaxtı keçmiş sayılan malları satırlar- Şikayət/Foto Sosial şəbəkə istifadəçisi Eloko Xakiyev (Елико Хекиев) Oba marketdən şikayətçidir. Şikayətçi iddia edir ki, "Oba" merketdə
vaxtı keçmiş sayılan malları kassa qarşısında sərgiləyərək müştərilərə satırlar. Şiakyətçi öz şikayətində yazır:
"Salam, şikayətim #obamağazalar şəbəkəsindəndir. Hörmətli Oba market əməkdaşları mağaza sistemində çalışan bir nəfər kimi bildiyim qədəri İlə 9 ay sroku olan məhsullar bitmə tarixinə 15 gün qalmış satişdan çıxarılmalıdır.
Ama siz satışdan çıxarmağ əvəzinə vaxtı bitməsinə 2-3 saat qalmış məhsulları kassa önündə sərgiləyib kampaniya kimi 1+1 bağlama şəklində satırsız. Bu məhsuluda dunən marketinizdən su alarkən kassir təklif elədi və tarixinə baxmadan götürdüm.
Ama bitmə tarixini 10-15 dəqiqə sonra fikir verdim və məndən sonra başqa müştərilərdə almağa başladi və təbii ki, bitmə tarixinə baxmadan."
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az
"Oba" marketdə vaxtı keçmiş sayılan malları satırlar- Şikayət/Foto
Geri qayıt