Gömrük Komitəsi islahatlara HAZIRLANIR - İDDİA

Gömrük Komitəsi islahatlara HAZIRLANIR - İDDİA "Dövlət Gpmrük Komitəsi həm kadr və həm də struktur islahatlarına hazırlanır. Bir neçə idarənin ləğv edilməsi gözlənilir". Bu barədə DİA.AZ-a hokumətdəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, son günlər ictimai qınaq hədəfi olan dövlət qurumlarından biri kimi diqqətə gələn DGK-da total islahatlar sentyabr ayının sonlarından etibarən start götürəcək.

Mənbənin dia.az-a söylədikləri: "İslahatların sırf olaraq ictimaiyyəti narahat edən istiqamətləri əhatə edəcəyi şəkksizdir".

Mənbə Avtonəqliyyatda Gömrük İdarəsi və digər bu kimi qurumların birdəfəlik olaraq ləğv ediləcəyini də deyir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Geri qayıt