Siruz Qoçxani Məhkəmədə Məğlub Oldu

Siruz Qoçxani Məhkəmədə Məğlub Oldu Apellyasiya şikayətim təmin edildi, iddia tələbi rədd edildi.
Azərbaycanda qanunsuz fəaliyyət göstərdiyi müddətdə 3 nəfər şəxsin həyatına son qoymuş Siruz Qoçxani bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baş tutan prosesdə məğlub oldu.
Xatırladım ki, Siruz Qoçxani barəmdə Xətai Rayon Məhkəməsinə müraciət edərək “şərəf və ləyaqətinin, işgüzar nüfuzunun” ləkələndiyini, buna görə mənəvi zərərə məruz qaldığını iddia etmişdi. Birinci instansiya məhkəməsində iddiaçının hüquqlarını və gülünc iddia tələbini vəkil Sima Yagubova müdafiə edirdi. Hakim Aygün Həsənovanın sədrliyi ilə baxılan işdə iddiaçının tələbi qismən təmin olunmuşdu. Qətnamədən narazı qaldığım üçün apellyasiya şikayəti vermişdim.
Tam məsuliyyətimlə deyirəm ki, bu şəxs törətdiyi əməllərin cəzasını mütləq çəkəcək. Haqq-ədalət bərpa olunacaq. Necə ki, bu gün bərpa olundu.
İctimai vəkil Samir Zeynalov
Geri qayıt