“Rahat” marketdən 1 qəpiklik ələsalma – Foto

“Rahat” marketdən 1 qəpiklik ələsalma – Foto Yay fəslinin sayılı günləri qalsa da, mövsüm meyvələrinin qiymətində ucuzlaşma olmadı. Xüsusən də marketlərdə meyvə-tərəvəzin qiyməti “od tutub yanır”. Amma bəzi supermarketlər isə müştəriləri ələ salmaqla məşğuldur.

Reportyor.info-nun xəbərinə görə, elə bir faktla “Rahat” marketdə üzləşən istehlakçı meyvənin qiymətindəki “fantastik endirimi” müşahidə edib. Onun paylaşımından da görünür ki, “Rahat” marketlər şəbəkəsi almanın qiymətinə 1 qəpik endirim edərək 99 qəpikdən 98 qəpiyə salıb.
Və bunu böyük reklamla, gözə soxmaqla təqdim edən marketin qiymət “siyasəti”ni heç cür anlamaq olmur: ya müştəriləri ələ salır, ya da vətəndaşlar bisavad, cahil hesab edir, fırıldağa yol verir. Qeyd edək ki, internet resurslarında “Rahat” marketdən müxtəlif şikayətlərə rast gəlmək olur.
“Rahat” marketdən 1 qəpiklik ələsalma – Foto
Geri qayıt