Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA

Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA "Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədris oktyabrın 1-də həftədə iki dəfə başlaması planlaşdırılır".

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur", - nazir əlavə edib.

E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq:

"Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq".
Geri qayıt