"Araz" supermarketindən şikayət: "Hər gün cibimizdən oğurluq edirlər, bizi aldadıb pulumuzu mənimsəyirlər." FOTOFAKT

"Araz" supermarketindən şikayət: "Hər gün cibimizdən oğurluq edirlər, bizi aldadıb pulumuzu mənimsəyirlər." FOTOFAKT Axır zamanlar manşetdə ən çox marketlərdə yalançı reklamlar və rəfdəki qiymətlə kassada vurulan qiymətlərin uyğun olmamasındandır. Növbəti şikayətçimiz sosial şəbəkə istifadəçisi Rövşən Abbasovdur (Rovshan Abbasov). Rövşın Abbasov öz şikayətində yazır:

"Salam , şikayətim hər gün müştərisi olduğum Araz Supermarketlər (Saray Satış Mərkəzi) şəbəkəsindəndir. Hər gün müştərisi olduğum Araz marketlərdə tez tez bu hallarla rastlaşıram,vitrində olan məhsulun qiyməti ilə kassada olan qiymətlər bir birinə uyğun gəlmir. Hər gün cibimizdən oğurluq edirlər, bizi aldadıb pulumuzu mənimsəyirlər. Bu məsələ ilə bagli administratora bildirəndə də
"Fərq nə qədərdir ? 10 qəpik ? Gəlin mən sizə verim " deyir!"

"Bu nə hörmətsizlikdi ? Biz dilənçiyik bu "məllim" dedikləri administrator gətirib mənim cibimə 10 qəpik pul qoysun ? Başa düşürəm "məllim" müştərini razı yola salmaq istəyir ,heç kimin şikayətçi olmağın istəmir,ona görə də artıq alınan pulu geri qaytarmağa çalışır ama olmaz belə,biz hər gün kassanın qarşısında dayanıb qəbzdə olan qiymətlə vitrindəki qiyməti müqayisə etməməliyik. Bu səbəblərdən dolayı da Araz marketlərə olan güvən azalır,cibgir kimi baxırıq artıq.
İş yerimizə görə yolumuz hər gün ordan keçir,hər gün də nəsə alırıq və bu hadisə dəfələrlə iş yoldaşlarımın da başına gəlib, irad bildirəndə də adamı 10 qəpik söhbəti edən adam kimi baxırlar, ancaq ki bunu günlərə aylara və ordan alış veriş edən yüzminlərlə insana vuranda çox böyük məbləğ edir , belə çıxırki Araz supermarketləri bizdən bu pulları dolayı yollarla oğurlayırlar .
Xahiş edirəm varsa burda Araz rəsmiləri bu duruma aydınlıq gətirsinlər və bu hallara son qoysunlar !!!"
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
"Araz" supermarketindən şikayət: "Hər gün cibimizdən oğurluq edirlər, bizi aldadıb pulumuzu mənimsəyirlər." FOTOFAKT

Geri qayıt