Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını İŞDƏN ÇIXARDI

Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını İŞDƏN ÇIXARDI Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.
Xəbəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsindən Unikal.org-a təsdiqləyiblər.
Geri qayıt