Səfər Mehdiyevə qarşı İMZATOPLAMA KAMPANİYASI... - BAŞLADI...

Səfər Mehdiyevə qarşı İMZATOPLAMA KAMPANİYASI... - BAŞLADI... Nazirlər Kabinetinin 305 saylı qərarında edilən dəyişikliklərə etiraz edən vətəndaşlar həmin qərarın ləğv edilməsi ilə bağlı imzatoplama kampaniyası keçirir.

“MediaPost” xəbər verir ki, cahnge.org adlı qlobal platformada yaradılan kampaniyaya yüzlərlə vətəndaş qoşulub.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib. Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.
Geri qayıt