"İnşaat Konstruksiyaları” MMC-dən dələduzluq! - “Nə kirayə pulu ödəyir, nə də evi təhvil verir”

"İnşaat Konstruksiyaları” MMC-dən dələduzluq! - “Nə kirayə pulu ödəyir, nə də evi təhvil verir” Əliyeva Tamilə Novruz qızı redaksiyamıza müraciət edərək “İnşaat Konstruksiyaları” MMC-dən şikayətçi olduğunu bildirib. Xanım bildirir ki, Yasamal rayonu Zülalov küçəsindəki 4 mərtəbəli köhnə tikilidə, bina-19, ev-34-də yerləşən mənzili “İnşaat Konstruksiyaları” MMC ilə bağlanmış müqaviləyə əsasən 2016-ci ildə sökülüb. Əvəzində isə həmin binanın yerində ucaldılan çoxmərtəbəli yeni binadan tam təmirli mənzil verilməlidir.

T.Əliyeva qeyd edib ki, bina tikilib hazır olana qədər ona hər ay 250 manat kirayə pulu verilməli idi:

“Hazırda binanın tikintisi başa çatıb. Razılaşmaya görə, həmin binada yerləşən 1 otaqlı, 54 kv metrlik olan 135-ci mənzil verilməlidir. Mənzil tam təmir olunaraq təqdim edilməlidir. Bu günə qədər isə mənzil sadəcə suvaq olunub. Əksər vətəndaşın mənzili təmir olunub və onlar artıq öz evlərinə köçüblər”.

Şikayətçi bildirir ki, kirayə pulları 2-3 aydır, gecikdirilir. Həmin pulu dava-dalaşla alırlar:

“2 aydır kirayə pulu verilməyib. 2019-cu ilin oktyabr ayından bəri isə mənzildə heç bir təmir işi aparılmır. Şirkətin Yasamal rayonundakı ofisinə və binaya nəzarət edən şəxslərə dəfələrlə müraciət olunsa da, nə kirayə pulu verilir, nə də mənzildə təmir işləri aparılır. Ofisdə binaya nəzarət edən şəxslərdən kimə müraciət etsəm də, hamı “mənim xəbərim yoxdur, heçnə bilmirəm” deyib məni geri göndərirlər. Bununla bağlı şikayət edəcəyimi desəm də, heç bir reaksiya vermirlər, nə də binaya məsul şəxs kimi qarşıma çıxıb məlumat verən tapılır”.

Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //sherg.az//
Geri qayıt