Koronavirus testləri TƏBİB-in monopoliyasındakı klinikalardan çıxarılır? - İDDİA

Koronavirus testləri TƏBİB-in monopoliyasındakı klinikalardan çıxarılır? - İDDİA "Bakıda 40 manata artıq üç yerdə test vermək mümkündür və bu testin cavabları xarici uçuşlar üçün etibarlıdır".

Arqument.az-ın əldə etdiyi məlumata görə, artıq 3 tibb müəssisəsində uçuş üçün koronavirus testindən keçmək mümkündür.

Həmin tibb müəssisələri adları və ünvanları isə belədir: 1 nömrəli şəhər poliklinikası (Səbail ray, Bül-bül pr 8, əlaqə: 012 493 19 87); 10 nömrəli şəhər poliklinikası (Binəqədi ray, Azadlıq pr 176, əlaqə: 012 561 65 06); - 18 nömrəli birləşmiş şəhər xəstəxanası (Nizami ray, Nəsimi küç 11, əlaqə: 050 840 71 87).

Məlumatda deyilir ki, testin verilməsi üçün aviabilet təqdim edilməli test, uçuşdan 48 saat əvvəl verilməlidir.

Testin qiyməti 40 AZN-dir.

Azərbaycan Beynalxalq Bankının istənilən filialında ödəniş etmək imkanı var.

Arqument.az həmin klinikalarla əlaqə saxlayıb və klinikalar məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, buna qədər uşuş və vətəndaşların könüllü testləri TƏBİB rəhbərinə yaxın klinikalarda aparılıb. Həmin klinikalarda isə testlər 120-150 manat arasında olub.

Pandemiya dövründə xarici uçuşları bərpa edən "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumatda deyilirdi ki, sərnişinlər uçuşdan əvvəl mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər. AZAL Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunan laboratoriyaların siyahısını öz "Facebook” səhifəsində açıqlayıb. Bu klinikalar isə aşağıdakılardır:
– İnci laboratoriyası
– Referans klinikası
– Memorial Klinik
Geri qayıt