Keçmiş spiker də dəniz qırağını zəbt edibmiş... - FOTOLAR

Keçmiş spiker də dəniz qırağını zəbt edibmiş... - FOTOLAR "Oqtay Əsədov spikeri olduğu Milli Məclisdə hansısa deputat Xəzərin sahillərinin qanunsuz zəbt olunması barədə danışanda bu cənab çox narahat olurdu".
DİA.AZ bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Daha sonra araşdırmaçı jurnalist qeyd edir: "Keçmiş sədr özü də Türkanda dənizin sahilində nə az-nə çox 1 hektarlıq ərazini ələ keçirib, özü üçün özəl çimərliyə çevirib. Düzdür, burada dəbdəbəli imarət tikdirməyib, bağ-bağat salmayıb, hətta ətrafdakı dəbdəbəli villaların yanında çox kasıbyana görünür. Hələlik burda Əsədovun sevimli itləri dincəlir".

Spikerə aid olan villanın görüntülərini təqdim edirik:
Keçmiş spiker də dəniz qırağını zəbt edibmiş... - FOTOLAR



Geri qayıt