Kürdəmirin icra başçısı məktəblərdən 120 min alıbmış

PİA.az-ın xəbərinə görə, E.Əliyev qeyd edib ki, Ceyhun Cəfərov rayon ərazisində yerləşən məktəblərdən müxtəlif vaxtlarda 120.000 manat rüşvət alıbmış.
“2018-2019-cu tədris ilində Kürdəmir rayonunun Mollakənd qəsəbə, Qarabucaq kənd, Q. Sadıqov adına Mollakənd kənd, Carlı kənd, Böyük Kəngərli kənd, E.Qurbanov adına Qarasu kənd və Garıs-Əyribənd kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisələrinə daxil olmayıb. Belə məktəblərdən pul yığarlar!? Rayonda 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 33 faizdir...” – E.Əliyev deyib.