Qazaxda inşa olunacaq yaşayış kompleksinin stadionun yerində tikiləcəyi xəbərləri ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA

Qazaxda inşa olunacaq yaşayış kompleksinin stadionun yerində tikiləcəyi xəbərləri ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA Qazax şəhəri Əliağa Şıxlinski küçəsində "CARÇIOĞLU GROUP" MMC tərəfindən "Gilliyin stadionu"nun alınaraq "Yaşayış Kompleksi" tikiləcəyinə dair əsassız məlumatlar yayılıb.

Bu barədə Xalqxeber.az-a şirkətin mətbuat xidmətinin rəhbəri Səbinə Yusif məlumat verib. S.Yusif bildirib ki, yazılan məlumat və iddialar həqiqəti əks etdirmir: "Bir neçə gün öncə Qazax şəhərində "CARÇIOGLU GROUP" MMC tərəfindən Yaşayış Kompleksinin tikintisinə başlanacağı haqqında məlumat verildi. Həmin məlumatda tikiləcək binanın rəsmi ünvanı qeyd olunmayıb. Bina tikiləcəyi xəbərini eşidən maraqlı şəxslər əvvəlcə saytlara xəbər göndərdilər ki, guya bina Ruhi xəstəxananın (Şəkərin Qalasının) yerində tikilir. Həmin iddianın əsassız olduğu ictimaiyyətə açıqlandıqdan sonra, növbəti əsassız xəbəri yaymağa başladılar. Nəzərinizə çatdırırıq ki, "Gilliyin stadionu" deyilən ərazi rəsmi şəkildə stadion kimi dövlət qeydiyyatında olmayıb. Ərazi iş adamı Elçin Carçıyevə məxsus deyil. Rauf Hüseynov Qazax RİH-nin başçısı işləyəndə həmin yer H.Qalibə satılıb. Ərazi isə yuxarıda qeyd olunan kimi stadion olmayıb. 36 mənzillik tikintisi yarımçıq qalmış yaşayış binası kimi dövlət qeydiyyatında olub. Xəbərdə əsassız olaraq stadion kimi qeyd olunan ərazinin rəsmi ünvanı və Dövlət Əmlak Komitəsindən verilən çıxarışı diqqətinizə çatdırırıq".
Qazaxda inşa olunacaq yaşayış kompleksinin stadionun yerində tikiləcəyi xəbərləri ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Geri qayıt