Pandemiya baş metroçunun işinə yaradı... - Metronun işçiləri Zaur Hüseynovun köləsidir?

Pandemiya baş metroçunun işinə yaradı... - Metronun işçiləri Zaur Hüseynovun köləsidir? Bakı Metropoliteninin (BM) rəisi Zur Hüseynov da belə narazılıq yaradır. Bu barədə DİA.AZ-a daxil olan informasiyada deyilir. Belə ki, BM-nin işçilərindən birinin DİA.AZ-a verdiyi xəbərdən belə anlaşılır ki, pandemiya kimin işinə yaramasa da, sən demə, baş metroçunun işinə yarayıb.

Mənbənin dia.az-a söylədikləri: "Bu gün metronun əksər işçiləri Zaur Hüseynovun bağ evində fəhlə kimi işləyir. Kimin həddi nədr ki, işləməsin. Rəis maaşın kəsiləcəyi ilə hədələyir. Ən sərt etiraz edənlər isə iş yerini itirməklə hədələnir. Təbii ki, etiraz edən yoxdur. İşləməyə-işləməyə maaş alırdıq ki, Zaur Hüseynov bunu da burnumuzdan gətirdi".

Şikayətçi iddia edir ki, Zaur Hsüyenovun bağ evində işləyən fəhlələrdən etiraza qalxmaq istəyib: "Artıq onun əmri hazırdır. Yəqin ki, qovulacaq..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt