"Səsə başqa həkim gəldi və dedi bu dişi çəkmək olmaz" - DENTACOOL klinikasından ŞİKAYƏT

"Səsə başqa həkim gəldi və dedi bu dişi çəkmək olmaz" - DENTACOOL klinikasından ŞİKAYƏT Sosial şəbəkə istifadəçisi Mehri Nəbiyeva 3 mkr yerləşən DENTACOOL klinikasından şikaytçidir.
Mehri Nəbiyeva şikayətində yazır: Şikayətim DENTACOOL klinikasındandır. Heyif ki adreslərini dəqiq bilmirəm.3 cü mikrarayon yaxınlığında 5 mərtəbəli binaların arasında yenitikili binanın altında yerləşir.
10yaşlı qızımın diş ağrısı tutdu.Klinikaya yaxın idik deyə apardıq ora. Rəşad adlı həkimi məsləhət gördülər. Ən arxa dişdir və çəkilməlidir dedi.
Zülmlə dişə iynəni vurdu keyitdi.Dişi çəkməyə başlayanda uşağın çığırtısı basdı oraları.Rəsmən stolda ürəyi dayanırdı.
Həkimsə qorxudandı deyib çəkməyə davam edir.Dişin yarısı qopdu üstdən.
Rəşad həkimin belə naşılığı pis nəticə verərdi. Lakin yaxşı ki, uşağın qışqırtısına başa həkim bu əməliyyata müdaxilə edib. Mehri xanım hadisənin axırını belə nəql edir:
Səsə başqa həkim gəldi və dedi bu dişi çəkmək olmaz. İlk rentgen olmalıdı. Dibi irinlidi deyə keyiməyib.
Ora işiniz düşsə qəti getməyin. Səriştəsiz həkimlərdi belə başa düşdük.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az
"Səsə başqa həkim gəldi və dedi bu dişi çəkmək olmaz" - DENTACOOL klinikasından ŞİKAYƏT
Geri qayıt