Kolxozda belə dövlətin qanunları keçərli olur adətən amma "AZZA"da yox...- ŞİKAYƏT

Kolxozda belə dövlətin qanunları keçərli olur adətən amma "AZZA"da yox...- ŞİKAYƏT Sosial şəbəkə istifadəçisi Saleh Hasanov "AZZA" Əhmədli filialında Azərbaycan qanunlarının işləmədiyindən şikayətçidir.
Saleh Həsənov yazır:
Şikayətim "AZZA" Əhmədli filialındandır.
Ötən həftə alış veriş etdim və 5 dəqiqə keçməmişdi ki dəyişəsi oldum çeşidləri. Mağaza geri qaytarmaqdan imtina elədi ki biz qaytara bilmərik gərək baş ofisə qaynar xəttimizə zəng edəsiniz.
Uzun mübahisədən sonra məcburən zəng elədim. Operator xanım dedi ki telefonu verin satıcıya deyim dəyişsin))) soruşuram ki bəs səbəb nədi bu məsələyə? Axı mən problem olmadan dəyişməliyəm?
Operator deyir ki elə edirik ki xəbərimiz olsun. Sual verirəm ki, Azzanın qaydaları dövlətin qanunlarından üstündür? "
Saleh Həsənovun müştərisi olduğu mağazalar şəbəkəsinin operatora verdiyi bu sualın cavabında isə kobudluqla qarşılaşıb.
"Kobudcasına deyir ki məsələniz həll oldu başqa sualınız yoxdursa sağ olun
Bundan sonra satıcılar dirənib ki ad soyad və nömrə deməsəniz dəyişmirik. Tələsdiyim üçün məcburən deyəsi oldum.
Hansı qayda qanunla işləyirlər heç bir anlayış vermək mümkün deyil. Kolxozda belə dövlətin qanunları keçərli olur adətən amma Azzada yox."
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Geri qayıt