Vətəndaşlar BNA-dan şikayətçidir... - GİLEY

Vətəndaşlar BNA-dan şikayətçidir... - GİLEY "Sikayətim BNA-dandir. Bildiyimiz kimi yeni M8 marşrutu xəttə buraxılıb... Birbaşa Mastağa-Gənclik... Amma adından da göründüyü kimi... elə
birbaşadır..." DİA.AZ bildirir ki, bunu Bakı sakini Balabacı Cavadova müraciətində yazır.

Daha sonra narazı vətəndaş bildirir: "Bu möhtəşəm marşrut da yolda saxlamır. Butun marşrutlar dayanacaqlarda saxladığı halda bir bu "göz muncuğu" heç yerdə saxlamir. Birbaşa gedir. Mənə maraqlıdır: Bu marşrut avtobusu niyə Zabrat və digər dayanacaqlarda saxlamır?

Bu tərəflərdə yaşayanlar bilir ki, əsas tələbatlı yeni daha çox əhalinin getdiyi yer "Koroğlu" metrosudur. Yəni "Gəncliy"ə onsuz da çox az adam gedir. Bu marşrut da 4-5 adamla gedir-gəlir. Yəni bunu birbaşa açırsınızsa, ya "Koroğlu"ya açardız, ya da...

...Maştağada da çox adam istifadə edərdi, sizə də xeyir edərdi. Ya da yolda açın qapıları minib gedək işimizə də. Nə mənası 5-6 nəfərə görə görək boyda "rasxod" etməyin".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Vətəndaşlar BNA-dan şikayətçidir... - GİLEY
Geri qayıt