Rahat Market-dən şikayət var:"Aldığım kəsmik sabun dadı verir və xamanı da yedikdən sonra özümü pis hiss edirəm"

Rahat Market-dən şikayət var:"Aldığım kəsmik sabun dadı verir və xamanı da yedikdən sonra özümü pis hiss edirəm" Gulara Azimzadeh adlı sosial şəbəkə istifadəçisi "Rahat" market-dən şikayətçidir. Tez xarab olan, ətrafındakı başqa ərzaqların iyini götürən süd mallarının vitrində üstüaçıq olmasından narahat olan Gülara Azimzadeh şikayətində yazır:

"Ekspertlər varsa aranızda soruşmaq istəyərdim ki, Rahat market olan bu süd məhsullarının üstünü açıq saxlamaq nə qədər düzgündü ? Şikayətim ondadır ki, aldığım kəsmik sabun dadı verir və xama da yedikdən sonra özümü pis hiss edirəm.

Sabun dadına "Bazarstore" və "Megastore" supermarketlərində turşu, marinad tərəvəz və zeytun (yağsız) çəki ilə satışda olanlarında rast gəlmişəm. Hər iki marketə dəfələrlə geri qaytarmışam bu biabırçı qoxu və dadda olan məhsulları.

Xahiş edirəm adıçəkilən marketlərin trolları "sizdən başqa şikayət edən olmayıb" ümummilli absurd, yalan və "otmazka" dolu şərhlərini yazmasın. Sizi blok edəcəm, çünki, elə menecerləriniz profilimi eşələyir və mən adıçəkilən marketə girəndə quyruğuma düşüb güdürlər. Başıma gəlib və məni tanıdıqlarını etiraf ediblər.

Yenə deyirəm ciddi yazılsın özümü yaxşı hiss etmirəm."
Qeyd: AQTA-nın nəzərinə, bu Neftçilərdə yerləşən "Rahat" marketdir.
Adları çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Rahat Market-dən şikayət var:"Aldığım kəsmik sabun dadı verir və xamanı da yedikdən sonra özümü pis hiss edirəm"
Geri qayıt