Bilgəhdəki "Şəbəkə" çimərliyində antisanitariya... - Nəzarət edən yoxdur?

Bilgəhdəki "Şəbəkə" çimərliyində antisanitariya... - Nəzarət edən yoxdur? "Şikayətim Bilgəhdəki "Şəbəkə"çimərliyindəndir. Deməli, giriş haqqını başa düşdük adambaşı 5 manat (?!) Olsun! Bəs..." DİA.AZ bildirir ki, bu sözləri Bakı sakini Orxan Əliyev şikayətində bildirib.

Daha sonra narazı vətəndaş sözlərinə belə davam edir: "Bəs saatı 1 manat olan yerüstü dayanacağa nə ad verək??? Bu "MALL" deyil, yeraltı dayanacaq deyil, bu nə absurd qiymətdi belə başa düşmürəm.

Bu azmış kimi çimərliyin ərazisində yağ boçkaları zibil qutuları əvəzinə istifadə olunur... "Troya Atı" kimi hərə bir tərəfə sürüyür.

Ən dəhşətlisi: ayaqyoluna getməzdən əvvəl "Şemaşko"da Toksikologiya şöbəsində özünüzə hər ehtimala yer ayırın... Çünki 30 saniyədən çox qalmaq həyat üçün təhlükəlidi..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Bilgəhdəki "Şəbəkə" çimərliyində antisanitariya... - Nəzarət edən yoxdur?
Geri qayıt