"Azəriqaz" yenə də heyrətləndirməkdə davam edir - Qazın təzyiqini artırmaq üçün "NANO METOD"...

"Azəriqaz" yenə də heyrətləndirməkdə davam edir - Qazın təzyiqini artırmaq üçün "NANO METOD"... Aşağıda şəkildə gördüyünüz faktdır və bu qaz sayğacına hansısa vətəndaş müdaxilə etməyib. "Azəriqaz"ın "usta biliciləri" vətəndaşa bunu məsləhət görüblər.

DİA.AZ bildirir ki, belə bir halla üz-üzə qalan Bakı sakini Abas Dadaşov şikayətini sosial şəbəkədə paylaşaraq evinin təhlükədə olduğunu bildirir:

Narazı vətəndaş yazır: ""Azəriqaz" İB-dən "qızıl məsləhət"... Deyirəm, axı bu təhlükəlidir. Deyirlər, nə təhlükə eee evdi dəə... Millətin 90%-i belə eliyir. Bəs sual verən yoxdu ki, siz niyə bu qədər az təzyiqlə qaz verirsizki, hələ sayğaca taxta prəçimləmək məcburiyyətində də qalırsınız..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
"Azəriqaz" yenə də heyrətləndirməkdə davam edir - Qazın təzyiqini artırmaq üçün "NANO METOD"...
Geri qayıt