"Azəriqaz”dan vətəndaşa qarşı şok məhkəmə İDDİASI

"Azəriqaz”dan vətəndaşa qarşı şok məhkəmə İDDİASI Azəriqaz” İstehsalat Birliyi vətəndaş Şükürov İlkin Mirzəxan oğlunun məhkəməyə verib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi cavabdeh Şükürov İlkin Mirzəxan oğluna qarşı – təbii qazdan istifadəyə görə yaranmış 62053,50 manat məbləğində əsas borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı, cəmi 62083,90 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını istəyib.

Daha sonra “Azərqaz” məhkəmədə iddianın məbləğini artırıb.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə iddia təmin olunub. Şükürov İlkin Mirzəxan oğlundan 119 232,10 manat məbləğində borc, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 119 257,10 manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, İlkin Şükürov biznesmendir.

Bundan əvvəl isə İlkin Şükürov ilə “Azəriqaz” arasında Xətai rayon Məhkəməsində məhkəmə çəkişməsi olmuşdu.
İlkin Şükürov ona yazılan borcun silinməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun iddiasını təmin etməmişdi.
Bakı Apelyasiya Məhkəməsinə müraciət edilmişdi. Apelyasiya iontanssiyasıda qətnamə ləğv olunmuşdu və işin yenidən birinci instansiya məhkəməsinə qaytarıılmışdı.
Geri qayıt