Prezidentin tövsiyəsinə əməl etməyən dövlət qurumları hansılardı? - 7,9 min nəfər işini itirib

Prezidentin tövsiyəsinə əməl etməyən dövlət qurumları hansılardı? - 7,9 min nəfər işini itirib Karantin rejiminin tətbiq olunduğu iyun ayı ərzində Azərbaycanda muzdla çalışan işçilərin sayı 13,4 min nəfər artıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, iyun ayında muzdla çalışan işçilərin sayı dövlət sektorunda 7,9 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 21,3 min nəfər artıb.
Bu ilin iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 695,1 min nəfər olub, onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, mart ayında Prezident İlham Əliyev bir-neçə dəfə sahibkarlara müraciət edərək işçiləri ixtisar etməməyi tövsiyyə edib. Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, Prezident İlham Əliyevin tövsiyyəsinə sahibkarlar tərəfindən əməl edilsə də, dövlət qurumlarında muzdla çalışan işçilərin sayı azalıb.
Prezidentin tövsiyəsinə əməl etməyən dövlət qurumları hansılardı? - 7,9 min nəfər işini itirib
Geri qayıt